Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Zaman keçdikcə cəmiyyətin kitablara marağı və oxu vərdişləri də diqqət çəkən məsələlərdən birinə çevrilir. Ötən illə müqayisədə kitab oxuyanların sayında və kitaba olan tələbatda hər hansı dəyişiklik olub-olmadığı maraq doğurur.
Maraqlıdır, bu il kitablara maraq hansı səviyyədədir? Ötən illə müqayisədə kitab satışında və oxucu sayında artım və ya azalma müşahidə olunurmu? Hansı müəlliflərə daha çox üstünlük verilib? Oxucular arasında hansı janrlar daha çox seçim olunur?
Demokrat.az-a bu barədə açıqlama verən yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı qeyd edib ki, təəssüf ki, kitaba marağın artması ilə bağlı ürəkaçan proqnoz verməkdə bir müəllif kimi çətinlik çəkir:
“Əlbəttə ki, kitab satışında və oxucu sayında artım, ya azalma olub-olmadığı ilə bağlı bağlı kitab dükanlarının sahibləri və naşirlər daha dəqiq cavab verərlər. Faktlara görə, Azərbaycanda kitab bazarı və oxucu marağı dinamik transformasiya dövrünü yaşayır. Son statistik göstəricilərə və iri kitab mağazaları şəbəkələrinin (“Libraff”, “Əli və Nino”, “Qanun”) hesabatlarına əsasən, fiziki kitab satışlarında müəyyən rəqəmsal və iqtisadi amillərə görə durğunluq və ya cüzi azalma müşahidə edilsə də, ümumi mütaliə formaları (xüsusilə elektron və səsli kitablar) fərqli istiqamətdə inkişaf edir. Müşahidələrə görə, kağız idxalı və çap xərclərinin (maya dəyərinin) yüksəlməsi kitab qiymətlərinin artmasına gətirib çıxarıb, bu səbəbdən mağazalardan pərakəndə kitab alanların sayında ötən illərə nisbətən qismən azalma sezilir. Fiziki satışlarınazalması oxucu sayının birbaşa azalması demək deyil. Gənclər arasında e-kitab oxuma proqramları və səsli kitab platformalarına (məsələn, “Audiokitab” və xarici tətbiqlər) maraq kəskin artıb. Azərbaycan dilində nəşrlərin keyfiyyətinin artması ilə yanaşı, Türkiyə türkcəsində və ingilis dilində kitabların idxalı və satışı yüksək səviyyədə qalır.
Oxucuların hansı müəlliflərə üstünlük vermələri cəhətdən nəşriyyatların çap məhsullarının çeşidləri ilə mülahizə yürütmək olar. Müşahidələrimə görə, Azərbaycan oxucuları tərcümə ədəbiyyatına, xarici bestsellerlərə, romantik və detektiv ədəbiyyata daha çox maraq göstərirlər, ədəbi dəyərə malik mətnləriaxtaranların sayı isə o qədər də çox deyil. Aqata Kristi, Xalid Hüseyni, Paolo Koelyo, Haruki Murakami, Jo Nesbo, Çingiz Abdullayev, Varis, RövşənAbdullaoğlu... kimi müəlliflərin kitablarının daha çox satılması məhz bu tendensiyanın nəticəsidir. Eyni zamanda insanların motivasiyası, stress idarəetməsi, maliyyə savadlılığı və fərdi inkişaf mövzularında kitablar, romantika, dram və dramatik talelərdən bəhs edən bədii əsərlər daha populyardır”.
Yazıçının sözlərinə görə, oxucu, orijinal üslubu, dəst-xətti, nəfəsi olan yazıçıların - tutaq ki, Fyodor Dostoyevski, Andrey Platonov, Ceyms Coys, Tomas Vulf, Robert Müzil, Tomas Bernhardın... - əsərlərini oxuyub oxunu çətinə salmaq istəmir, az zəhmətlə ötəri zövq almağa daha çox üstünlük verir:
“Bu səbəbdən, ciddi yazıçıların oxucuları tarixin bütün dönəmlərində azsaylı olub, bununla belə, əsl ədəbiyyat məhz həmin azsaylı, amma intellektual və sədaqətli ədəbiyyat fədailərinin hesabına yaşayıb, bəşər mədəniyyətinin danılmaz faktına çevrilib.
Tarix boyu kütləvi mədəniyyəti xalq yaşadıb, elitar mədəniyyət isə həmişə dövlətin və imkanlı fərdlərin yardımı ilə ayaqda qalıb. Əlbəttə, kütləvi mədəniyyətin yaşarılığını danmaq olmaz, amma elitar mədəniyyət olmadan xalqın mənəvi xəzinəsinin bütövlüyündən də söhbət gedə bilməz”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Maraqlıdır, bu il kitablara maraq hansı səviyyədədir? Ötən illə müqayisədə kitab satışında və oxucu sayında artım və ya azalma müşahidə olunurmu? Hansı müəlliflərə daha çox üstünlük verilib? Oxucular arasında hansı janrlar daha çox seçim olunur?