Icma.az
close
up
RU
Kitablara maraq niyə hər il daha da azalır?

Kitablara maraq niyə hər il daha da azalır?

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Zaman keçdikcə cəmiyyətin kitablara marağı və oxu vərdişləri də diqqət çəkən məsələlərdən birinə çevrilir. Ötən illə müqayisədə kitab oxuyanların sayında və kitaba olan tələbatda hər hansı dəyişiklik olub-olmadığı maraq doğurur.
Maraqlıdır, bu il kitablara maraq hansı səviyyədədir? Ötən illə müqayisədə kitab satışında və oxucu sayında artım və ya azalma müşahidə olunurmu? Hansı müəlliflərə daha çox üstünlük verilib? Oxucular arasında hansı janrlar daha çox seçim olunur?
Demokrat.az-a bu barədə açıqlama verən yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı qeyd edib ki, təəssüf ki, kitaba marağın artması ilə bağlı ürəkaçan proqnoz verməkdə bir müəllif kimi çətinlik çəkir:
“Əlbəttə ki, kitab satışında və oxucu sayında artım, ya azalma olub-olmadığı ilə bağlı bağlı kitab dükanlarının sahibləri və naşirlər daha dəqiq cavab verərlər. Faktlara görə, Azərbaycanda kitab bazarı və oxucu marağı dinamik transformasiya dövrünü yaşayır. Son statistik göstəricilərə və iri kitab mağazaları şəbəkələrinin (“Libraff”, “Əli və Nino”, “Qanun”) hesabatlarına əsasən, fiziki kitab satışlarında müəyyən rəqəmsal və iqtisadi amillərə görə durğunluq və ya cüzi azalma müşahidə edilsə də, ümumi mütaliə formaları (xüsusilə elektron və səsli kitablar) fərqli istiqamətdə inkişaf edir. Müşahidələrə görə, kağız idxalı və çap xərclərinin (maya dəyərinin) yüksəlməsi kitab qiymətlərinin artmasına gətirib çıxarıb, bu səbəbdən mağazalardan pərakəndə kitab alanların sayında ötən illərə nisbətən qismən azalma sezilir. Fiziki satışlarınazalması oxucu sayının birbaşa azalması demək deyil. Gənclər arasında e-kitab oxuma proqramları və səsli kitab platformalarına (məsələn, “Audiokitab” və xarici tətbiqlər) maraq kəskin artıb. Azərbaycan dilində nəşrlərin keyfiyyətinin artması ilə yanaşı, Türkiyə türkcəsində və ingilis dilində kitabların idxalı və satışı yüksək səviyyədə qalır.
Oxucuların hansı müəlliflərə üstünlük vermələri cəhətdən nəşriyyatların çap məhsullarının çeşidləri ilə mülahizə yürütmək olar. Müşahidələrimə görə, Azərbaycan oxucuları tərcümə ədəbiyyatına, xarici bestsellerlərə, romantik və detektiv ədəbiyyata daha çox maraq göstərirlər, ədəbi dəyərə malik mətnləriaxtaranların sayı isə o qədər də çox deyil. Aqata Kristi, Xalid Hüseyni, Paolo Koelyo, Haruki Murakami, Jo Nesbo, Çingiz Abdullayev, Varis, RövşənAbdullaoğlu... kimi müəlliflərin kitablarının daha çox satılması məhz bu tendensiyanın nəticəsidir. Eyni zamanda insanların motivasiyası, stress idarəetməsi, maliyyə savadlılığı və fərdi inkişaf mövzularında kitablar, romantika, dram və dramatik talelərdən bəhs edən bədii əsərlər daha populyardır”.
Yazıçının sözlərinə görə, oxucu, orijinal üslubu, dəst-xətti, nəfəsi olan yazıçıların -  tutaq ki, Fyodor Dostoyevski, Andrey Platonov, Ceyms Coys, Tomas Vulf, Robert Müzil, Tomas Bernhardın... - əsərlərini oxuyub oxunu çətinə salmaq istəmir, az zəhmətlə ötəri zövq almağa daha çox üstünlük verir:
“Bu səbəbdən, ciddi yazıçıların oxucuları tarixin bütün dönəmlərində azsaylı olub, bununla belə, əsl ədəbiyyat məhz həmin azsaylı, amma intellektual və sədaqətli  ədəbiyyat fədailərinin hesabına yaşayıb, bəşər mədəniyyətinin danılmaz faktına çevrilib. 
Tarix boyu kütləvi mədəniyyəti xalq yaşadıb, elitar mədəniyyət isə həmişə dövlətin və imkanlı fərdlərin yardımı ilə ayaqda qalıb. Əlbəttə, kütləvi mədəniyyətin yaşarılığını danmaq olmaz, amma elitar mədəniyyət olmadan xalqın mənəvi xəzinəsinin bütövlüyündən də söhbət gedə bilməz”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Sentyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri