Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
NATO ölkələri ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya iddiaları səbəbilə Vaşinqtonla kəşfiyyat məlumatlarını paylaşmaqdan imtina edir.
APA xəbər verir ki, bu barədə Britaniyanın "The i Paper" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ittifaq nümayəndələri artıq amerikalı həmkarları ilə açıq ünsiyyət qurmurlar.
Çünki məlumatların Trampa çata biləcəyi və gələcəkdə yarı-muxtar Danimarka ərazisini hərbi yolla ələ keçirmək cəhdində istifadə edilə biləcəyindən narahatdırlar.
Qəzetin Britaniya kəşfiyyatındakı mənbəyi iddia edir ki, Böyük Britaniya səyləri ikiqat artırmaq və AB ölkələri ilə müdafiə tərəfdaşlığını gücləndirmək niyyətindədir.
Çünki Trampın Danimarkaya qarşı təhdidlərindən sonra London və Vaşinqton arasındakı münasibətlər 1950-ci illərdən bəri ən aşağı nöqtədədir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.