KİV: NATO Qrenlandiyadakı vəziyyətə görə ABŞ ın kəşfiyyat məlumatlarına çıxışını məhdudlaşdırıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
NATO ölkələri ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya iddiaları səbəbilə Vaşinqtonla kəşfiyyat məlumatlarını paylaşmaqdan imtina edir.
APA xəbər verir ki, bu barədə Britaniyanın "The i Paper" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ittifaq nümayəndələri artıq amerikalı həmkarları ilə açıq ünsiyyət qurmurlar. Çünki məlumatların Trampa çata biləcəyi və gələcəkdə yarı-muxtar Danimarka ərazisini hərbi yolla ələ keçirmək cəhdində istifadə edilə biləcəyindən narahatdırlar.
Qəzetin Britaniya kəşfiyyatındakı mənbəyi iddia edir ki, Böyük Britaniya səyləri ikiqat artırmaq və AB ölkələri ilə müdafiə tərəfdaşlığını gücləndirmək niyyətindədir. Çünki Trampın Danimarkaya qarşı təhdidlərindən sonra London və Vaşinqton arasındakı münasibətlər 1950-ci illərdən bəri ən aşağı nöqtədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 20 Yanvar 2026 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















