Kiyevin alyans sevdası: Hazırda Ukraynanın NATO ya üzvlüyü mümkün deyil | Icma.az
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın NATO-ya üzv olub-olmaması müharibə başlayandan bəri ən çox müzakirə olunan məsələlərdən biridir.
2022-ci ildə Rusiya Ukraynaya hücum etdikdən sonra Kiyev NATO-ya inteqrasiyanı sürətləndirməyə çalışsa da, alyansın üzvü olan bəzi dövlətlər ehtiyatlı yanaşma nümayiş etdirirlər.Ukraynanın vəziyyətində isə problemli məqam məhz davam edən müharibədir.
Rusiya ilə münaqişə davam etdikcə NATO üzvləri Kiyevin alyansa qoşulmasının təşkilat üçün birbaşa müharibə riskini artıracağını düşünürlər.Siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a bildirib ki, Donald Tramp administrasiyası Rusiya ilə orta yolu tapmağa çalışır:"İndiyə qədər dəfələrlə bəyan ediliblər ki, Ukraynanın NATO-ya qoşulma məsələsi hazırda müzakirə mövzusu deyil və yaxın gələcəkdə də olmayacaq.
Buna görə də bir qrup senatorun gəldiyi qənaətə arxalanıb Ukraynanın NATO-ya üzvlük prosesindən danışa bilmərik.
Ümumi geosiyasi vəziyyət də Ukraynanın NATO-ya qoşulması perspektivlərinin çox zəif olduğunu bildirir.
Bu qurumun üzvü olan ölkələr, məsələn, Macarıstan, Türkiyə, ABŞ və s.
Rusiya ilə müəyyən qədər əlaqələrinin qorunub saxlanmasından yanadırlar.
Tam oxu
Xəbəri oxu