Icma.az
close
up
RU
Kiyevin alyans sevdası: Hazırda Ukraynanın NATO ya üzvlüyü mümkün deyil

Kiyevin alyans sevdası: Hazırda Ukraynanın NATO ya üzvlüyü mümkün deyil

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynanın NATO-ya üzv olub-olmaması müharibə başlayandan bəri ən çox müzakirə olunan məsələlərdən biridir. 2022-ci ildə Rusiya Ukraynaya hücum etdikdən sonra Kiyev NATO-ya inteqrasiyanı sürətləndirməyə çalışsa da, alyansın üzvü olan bəzi dövlətlər ehtiyatlı yanaşma nümayiş etdirirlər.

Ukraynanın vəziyyətində isə problemli məqam məhz davam edən müharibədir. Rusiya ilə münaqişə davam etdikcə NATO üzvləri Kiyevin alyansa qoşulmasının təşkilat üçün birbaşa müharibə riskini artıracağını düşünürlər.


Siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a bildirib ki, Donald Tramp administrasiyası Rusiya ilə orta yolu tapmağa çalışır:


"İndiyə qədər dəfələrlə bəyan ediliblər ki, Ukraynanın NATO-ya qoşulma məsələsi hazırda müzakirə mövzusu deyil və yaxın gələcəkdə də olmayacaq. Buna görə də bir qrup senatorun gəldiyi qənaətə arxalanıb Ukraynanın NATO-ya üzvlük prosesindən danışa bilmərik. Ümumi geosiyasi vəziyyət də Ukraynanın NATO-ya qoşulması perspektivlərinin çox zəif olduğunu bildirir. Bu qurumun üzvü olan ölkələr, məsələn, Macarıstan, Türkiyə, ABŞ və s. Rusiya ilə müəyyən qədər əlaqələrinin qorunub saxlanmasından yanadırlar. Onlar Qərb hegemoniyasına qarşı öz milli maraqlarını qorumaq üçün Rusiyanın başlatdığı qlobal mübarizədən fürsət kimi yararlanmaq istəyirlər. Ukraynanın NATO-ya qəbulu isə onların istəklərinə zidd olacaq. Çünki belə olan halda münaqişənin Qərbin üstünlüyü fazasında davamı deməkdir. Əslində elə bu da mövcud olan təkqütblü sistemin daha da gücləndirilməsinə xidmət edəcək. Ümumiyyətlə hazırkı güclər nisbətində, xüsusilə də Rusiyanın nüvə silahı təhdidləri fonunda Ukraynanın NATO-ya üzv edilməsi məsələsi o qədər də məntiqli addım olmazdı. Qurumun tərkibində olan dövlətlər düşünə bilərlər ki, bu, onların Rusiya ilə birbaşa qarşıdurmasına və nüvə silahı hücumuna məruz qalmasına gətirib çıxarar".


Ekspertin fikrincə, Ukraynanın NATO-ya üzv ola bilməsi reallıqdır:

"Müharibə bitdikdən sonra Rusiyanın fərqli regionlarda başı qarışar. Həmçinin Ukraynaya ordu və infrastruktur quruculuğunda dəstək verilər. Nəticədə rəsmi Kiyev özünü yenidən güclü vəziyyətə gətirər. Məhz bütün bunlardan sonra onun NATO-ya üzvlük məsələsindən danışa bilərik. Hazırda isə bu cür məlumatların yayılması yalnız Rusiyanı qorxutmaq, ona "gözdağı" vermək üçün işlədilən ifadələrdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri