Kiyevin NATO ya yolu bağlıdır | Icma.az
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İllər öncə Ukraynaya vəd verilsə də, hələ namizədlik statusunu da ala bilməyib Rusiya-Ukrayna müharibəsinin başlanmasının üç ili arxada qaldı.
Bu dövr ərzində hər iki tərəf ağır itkilər verib. Hazırda isə müharibənin tezliklə başa çatması ilə bağlı ümidlər artıb.
Belə ki, yanvar ayında vəzifəsinə başlayan ABŞ-ın yeni dövlət başçısı Trampın əsas hədəflərindən biri qısa müddət ərzində Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunmasıdır.
Tramp sülh üçün Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyini deyib və Zelenskini “diktator” adlandırmaqdan çəkinməyib.
Nəzərə alaq ki, müharibə səbəbindən Ukraynada prezident seçkilərinin keçirilməsi təxirə salınıb.
Zelenski NATO-ya üzvlük naminə istefa verməyə hazırdır Lakin rəsmi Kiyev Trampın sülh planına birmənalı mövqe bildirmir.
Hələ ki, Ukrayna hökuməti sülh üçün öz istəklərinin də qəbul olunmasına çalışır. Bu məqsədlər arasında NATO-ya üzvlük əsas yer tutur.
Tam oxu
Xəbəri oxu