Icma.az
close
up
RU
Kiyevin NATO ya yolu bağlıdır

Kiyevin NATO ya yolu bağlıdır

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İllər öncə Ukraynaya vəd verilsə də, hələ namizədlik statusunu da ala bilməyib

Rusiya-Ukrayna müharibəsinin başlanmasının üç ili arxada qaldı. Bu dövr ərzində hər iki tərəf ağır itkilər verib. Hazırda isə müharibənin tezliklə başa çatması ilə bağlı ümidlər artıb. Belə ki,  yanvar ayında vəzifəsinə başlayan ABŞ-ın yeni dövlət başçısı Trampın əsas hədəflərindən biri qısa müddət ərzində  Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunmasıdır. Tramp sülh üçün Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyini deyib və Zelenskini “diktator” adlandırmaqdan çəkinməyib. Nəzərə alaq ki,  müharibə səbəbindən Ukraynada prezident seçkilərinin keçirilməsi təxirə salınıb.

Zelenski NATO-ya üzvlük naminə istefa verməyə hazırdır

Lakin rəsmi Kiyev Trampın sülh planına birmənalı mövqe bildirmir. Hələ ki, Ukrayna hökuməti sülh üçün öz istəklərinin də qəbul olunmasına  çalışır. Bu məqsədlər arasında NATO-ya üzvlük əsas yer tutur. Zelenski Ukrayna üçün sülh müqabilində vəzifəsindən istefa verməyə hazır olduğunu açıqlayıb. O, bu fikirlərini  Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında söyləyib. “Əgər sülh Ukrayna üçündürsə və həqiqətən də vəzifəmi tərk etməyimə ehtiyac varsa, mən hazıram. Vəzifəmi Ukraynanın NATO-ya üzvlüyü müqabilində də dərhal dəyişə bilərəm”, - deyə Zelenski jurnalistlərin sualına cavab olaraq bildirib.

Zelenski, həmçinin ABŞ Prezidenti Trampın münaqişənin ədalətli həllinə çalışdığna inandığını söyləyib: “Ukrayna münaqişənin həllində tərəfdaşlarından, o cümlədən ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir”. Zelenski bildirib ki, münaqişənin tənzimlənməsində ABŞ-la yanaşı Avropa ölkələri də iştirak etməlidir. “Mən Donald Trampla münaqişənin həllinə dair dialoq aparmaq istəyirəm”, - deyə Zelenski əlavə edib. Ukrayna Prezidenti öz mövqeyini Avropa İttifaqının liderləri ilə Kiyevdə görüşü zamanı da səsləndirib.

Tramp administrasiyası “yox” deyir

Bəs Ukraynanın NATO-a üzvlüyü nə dərəcədə realdır?  Ukraynanın NATO-ya üzv olmaq ümidləri getdikcə azalır. Rusiya ilə müharibədən əvvəl və müharibə dövründə bu barədə Qərb dövlətləri tərəfindən dəfələrlə vəd verilsə də, yerinə yetirilmir. Bir sıra NATO ölkələri, o cümlədən ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin müraciətlərinə müsbət cavab verməyə və Rusiya ilə birbaşa münaqişədən çəkinərək Kiyevi dərhal alyansa dəvət etməyə hazır deyil. Konkret olaraq, Tramp administrasiyası Ukraynanın NATO-a üzvlüyünə “yox” deyir. Nəzərə alaq ki, Trampdan əvvəl Bayden administrasiyası Kiyevə milyardlarla dollar həçmində hərbi yardım göstərsə də, NATO-ya üzvlük məsələsində “tələsməməyi” zəruri sayırdı.  

Fidan: Realist olmaq lazımdır

Bugünlərdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da “Bloomberg”ə müsahibəsində bildirib ki, Kiyevin NATO-ya üzvlük məsələsində realist olmaq lazımdır: “Əvvəlki administrasiyanın da Ukraynanın NATO-ya üzv olmasının tərəfdarı olub-olmamasından əmin deyiləm. Ona görə də bu məsələdə yeni siyasətin olduğunu düşünmürəm”. Onun sözlərinə görə, Ukraynanın NATO-ya mümkün üzvlüklə bağlı avropalı tərəfdaşları və ukraynalı dostları ilə müzakirələrini də başa düşmək lazımdır: “Ukrayna bunu təkcə NATO-ya üzv olmaq üçün deyil, həm də öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün tələb edir”.

Qeyd edək ki, V.Zelenski hələ ötən il elan etdiyi qələbə planında da  Ukraynanın NATO-ya üzvlüyü əsas yer tutur. Lakin Qərbin bu məsələdə  Kiyevə dəstəyi vəddən o tərəfə keçməyib. Ukrayna lideri hələ ötən il oktyabrın 17-də qələbə planını təqdim etmək üçün Brüsseldə olarkən Baş katib M.Ruttedən alyansa üzvlüklə bağlı konkret dəstək ala bilməmişdi. M.Rutte də Avropa İttifaqının liderləri kimi onu demişdi ki, Ukrayna gələcəkdə NATO-ya daxil olacaq və alyansın 33-cü və ya 34-cü üzvü olacaq. “Hazırda Ukraynanın 33-cü üzv olacağı görünür”, - deyən Rutte qeyd edib ki, nəzəri olaraq başqa bir ölkə Ukraynadan əvvəl üzv ola bilər. Lakin Ukraynaya vəd verilsə də, hələ  namizədlik statusunu da ala bilməyib.

Göründüyü kimi, illər öncə Ukraynaya NATO üzvlüyü vəd edən ABŞ və digər Qərb dövlətləri bu ölkəni Rusiya ilə müharibəyə təhrik etdi. Halbuki NATO-nun nizamnaməsinə əsasən müharibə şəraitində olan  ölkə alyansa üzv qəbul oluna bilməz. Yəni, hazırkı şəraitdə Ukraynanın NATO-ya gedən yolu bağlıdır. Artıq Zelenski də anlayır ki, ölkəsini alyansda istəmirlər. O, sadəcə olaraq bu mövqeyi ilə manevrlər etməyə, ölkəsi üçün sərfəli sülh imkanları qazanmağa çalışır.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri