KL: Neftçi Minsk Dinamo su ilə üz üzə YENİLƏNİR

30.07.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" mərhələnin cavab görüşünü Bolqarıstanda keçirəcək.

Belarusun "Dinamo Minsk" komandası təmsilçimisi Stara Zaqora şəhərində qəbul edəcək. "Beroye” stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Oyunu Şimali İrlandiyadan olan Tim Marşall idarə edəcək. 

Yuri Vernidubun baş məşqçisi olduğu "ağ-qaralar" Bakıdakı ilk oyunda Minsk təmsilçisinə 2:4 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, "Neftçi" "Dinamo Minsk" səddini keçə bilsə, növbəti mərhələdə "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
30 iyul

21:00. Dinamo Minsk (Belarus) - Neftçi 
Hakimlər: Tim Marşall, Georgios Arqiropulos, Rayan Kelsi, Şeyn Makqoniql (hamısı Şimali İrlandiya).
Stara Zaqora. "Beroye” stadionu.
(ilk oyun - 4:2)

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью