KL: Neftçi Minsk Dinamo su ilə üz üzə YENİLƏNİR
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" mərhələnin cavab görüşünü Bolqarıstanda keçirəcək.
Belarusun "Dinamo Minsk" komandası təmsilçimisi Stara Zaqora şəhərində qəbul edəcək. "Beroye” stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Oyunu Şimali İrlandiyadan olan Tim Marşall idarə edəcək.
Yuri Vernidubun baş məşqçisi olduğu "ağ-qaralar" Bakıdakı ilk oyunda Minsk təmsilçisinə 2:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Neftçi" "Dinamo Minsk" səddini keçə bilsə, növbəti mərhələdə "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
30 iyul
21:00. Dinamo Minsk (Belarus) - Neftçi
Hakimlər: Tim Marşall, Georgios Arqiropulos, Rayan Kelsi, Şeyn Makqoniql (hamısı Şimali İrlandiya).
Stara Zaqora. "Beroye” stadionu.
(ilk oyun - 4:2)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 30 İyul 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















