Klinik Tibbi Mərkəzin direktoru da vəzifəsindən azad EDİLDİ

22.04.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, bu barədə Bakupost.az-a məlumatı o özü təsdiqləyib. Bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb.

Könül Ələkbərov bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib:

"Əməkdar həkiməm. Azərbaycan Tibb Universitetində tədris olunan "Təcili tibb" kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim. Yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim".

Qeyd edək ki, Könül Ələkbərov ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub.

2021-ci ildən etibarən isə Klinik Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı.

Milli.Az 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью