Klinik Tibbi Mərkəzin direktoru da vəzifəsindən azad EDİLDİ
Icma.az, Milli.az saytına istinadən bildirir.
Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.
Milli.Az xəbər verir ki, bu barədə Bakupost.az-a məlumatı o özü təsdiqləyib. Bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb.
Könül Ələkbərov bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib:
"Əməkdar həkiməm. Azərbaycan Tibb Universitetində tədris olunan "Təcili tibb" kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim. Yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim".
Qeyd edək ki, Könül Ələkbərov ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub.
2021-ci ildən etibarən isə Klinik Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 22 Aprel 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















