Klubdan irqçi təhqirlərə sərt reaksiya: Futbolçumuzun yanındayıq

03.02.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Klubdan irqçi təhqirlərə sərt reaksiya: Futbolçumuzun yanındayıq

Fransa Liqa 1 təmsilçisi "Lans" yeni transferi Allan Sen-Maksimenin sosial şəbəkələrdə irqçi təhqirlərə məruz qalmasına sərt reaksiya verib.

QOL.az xəbər verir ki, klub rəsmi bəyanat yayaraq futbolçuya qarşı edilən hücumları qətiyyətlə pisləyib:

"Lans" futbol klubu yeni transferi Allan Sen-Maksimenə ünvanlanan nifrət dolu və irqçi təhqirlərdən dərin narahatlıq keçirdiyini bildirir və bu cür davranışları qətiyyətlə pisləyir. Klub məsuliyyətli mövqe sərgiləyərək bəzi paylaşımların şərh bölməsini bağlamaq qərarına gəlib. “Lans” hörmət və dözümlülük dəyərlərinə sadiq olduğunu bir daha vurğulayır və Allan Sen-Maksimenə və onun ailəsinə tam dəstəyini ifadə edir"

Qeyd edək ki, Sen-Maksimen daha əvvəl Meksikanın "Amerika" klubunda çıxış edərkən uşaqlarının təhqir olunması səbəbindən komandadan ayrılmaq məcburiyyətində qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью