Klubdan irqçi təhqirlərə sərt reaksiya: Futbolçumuzun yanındayıq
Icma.az bildirir, Qol.az portalına istinadən.
Fransa Liqa 1 təmsilçisi "Lans" yeni transferi Allan Sen-Maksimenin sosial şəbəkələrdə irqçi təhqirlərə məruz qalmasına sərt reaksiya verib.
QOL.az xəbər verir ki, klub rəsmi bəyanat yayaraq futbolçuya qarşı edilən hücumları qətiyyətlə pisləyib:
"Lans" futbol klubu yeni transferi Allan Sen-Maksimenə ünvanlanan nifrət dolu və irqçi təhqirlərdən dərin narahatlıq keçirdiyini bildirir və bu cür davranışları qətiyyətlə pisləyir. Klub məsuliyyətli mövqe sərgiləyərək bəzi paylaşımların şərh bölməsini bağlamaq qərarına gəlib. “Lans” hörmət və dözümlülük dəyərlərinə sadiq olduğunu bir daha vurğulayır və Allan Sen-Maksimenə və onun ailəsinə tam dəstəyini ifadə edir"
Qeyd edək ki, Sen-Maksimen daha əvvəl Meksikanın "Amerika" klubunda çıxış edərkən uşaqlarının təhqir olunması səbəbindən komandadan ayrılmaq məcburiyyətində qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 03 Fevral 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















