Koçaryan gözlənilməz qərar verdi

06.07.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" müxalifət bloku yeni çağırış parlamentdə mandatlarını qəbul edəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, Facebook-da yayılan açıqlamada blok parlament fəaliyyətini hakimiyyətə qarşı siyasi mübarizənin davamı kimi qiymətləndirib.

Bəyanatda qeyd olunur ki, Ermənistan Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini qüvvədə saxlaması seçki prosesinə dair iradları aradan qaldırmır və formalaşan hakimiyyətin legitimliyi ilə bağlı sualları həll etmir.

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərində Baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası 49,7 faiz səslə qalib gəlib. Koçaryanın "Ermənistan" bloku isə 9,9 faiz səs toplayıb.

Yeni çağırış parlamentin ilk iclasının avqustun 2-də keçirilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью