Koçaryan gözlənilməz qərar verdi
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" müxalifət bloku yeni çağırış parlamentdə mandatlarını qəbul edəcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, Facebook-da yayılan açıqlamada blok parlament fəaliyyətini hakimiyyətə qarşı siyasi mübarizənin davamı kimi qiymətləndirib.
Bəyanatda qeyd olunur ki, Ermənistan Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini qüvvədə saxlaması seçki prosesinə dair iradları aradan qaldırmır və formalaşan hakimiyyətin legitimliyi ilə bağlı sualları həll etmir.
Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərində Baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası 49,7 faiz səslə qalib gəlib. Koçaryanın "Ermənistan" bloku isə 9,9 faiz səs toplayıb.
Yeni çağırış parlamentin ilk iclasının avqustun 2-də keçirilməsi planlaşdırılır.
Baxış sayı:127
Bu xəbər 06 İyul 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















