Icma.az bildirir, News24 portalına istinadən. Ermənistan cəmiyyətində növbəti dəfə siyasi-ictimai təlatümlərin ilkin əlamaətləri müşahidə ol
Belə ki, 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri yaxınlaşdıqca, Ermənistanın siyasi məkanında hərəkətlilik artmaqdadır.
Xüsusilə də, son vaxtlar Ermənistanda hakimiyyət və müxalifət arasında qarşılıqlı ittihamların intensivliyi daha dinamik xarakter almaqdadır.
Və bu, onu göstərir ki, yaxın gələcəkdə Ermənistan cəmiyyətini növbəti dəfə kəskin qarşıdurmalar, sərt siyasi mübarizə mərhələsi gözləyir.Onu da qeyd etmək lazımdır ki, parlament seçkiləri yaxınlaşdıqca Paşinyan hakimiyyətinin narahatlığı da artmaqdadır.
Çünki Paşinyan hakimiyyətinin bir çox təmsilçiləri hazırda yalnız öz karyeraları deyil, həm də şəxsi gələcək taleleri ilə bağlı kifayət qədər ciddi problemlər yaşaya biləcəklərini düşünürlər.
Baş nazir Nikol Paşinyan da öz davranışları ilə növbəti parlament seçkilərinə öz şəxsi maraqları üzərindən yanaşmaq məcburiyyətində qaldığını gizlətməkdə çətinlik çəkir.
Və bu baxımdan, erməni baş nazirin siyasi manevrləri hazırda daha çox Ermənistan cəmiyyətinin dəstəyini öz arxasına almaq hədəfinə indeksləşib.Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Ermənistanın 44 günlük savaşda biabırçı məğlubiyyətinin hərbi-siyasi məsuliyyətini əsasən Rusiyanın üzərinə yükləməyə üstünlük verir.
Ancaq Ermənistanın Rusiya kəşfiyyatına bağlı müxalif siyasi qüvvələri bu məsələdə yalnız Paşinyan hakimiyyətinin günahkar olduğunu ön plana keçirməyə çalışır.