Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Köçəryan və Sarkisyan Azərbaycana təhvil veriləcək MÜHÜM GƏLİŞMƏ

Köçəryan və Sarkisyan Azərbaycana təhvil veriləcək MÜHÜM GƏLİŞMƏ

Icma.az bildirir, News24 portalına istinadən.

Ermənistan cəmiyyətində növbəti dəfə siyasi-ictimai təlatümlərin ilkin əlamaətləri müşahidə olunmağa başlayıb. Belə ki, 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri yaxınlaşdıqca, Ermənistanın siyasi məkanında hərəkətlilik artmaqdadır. Xüsusilə də, son vaxtlar Ermənistanda hakimiyyət və müxalifət arasında qarşılıqlı ittihamların intensivliyi daha dinamik xarakter almaqdadır. Və bu, onu göstərir ki, yaxın gələcəkdə Ermənistan cəmiyyətini növbəti dəfə kəskin qarşıdurmalar, sərt siyasi mübarizə mərhələsi gözləyir.

Onu da qeyd etmək lazımdır ki, parlament seçkiləri yaxınlaşdıqca Paşinyan hakimiyyətinin narahatlığı da artmaqdadır. Çünki Paşinyan hakimiyyətinin bir çox təmsilçiləri hazırda yalnız öz karyeraları deyil, həm də şəxsi gələcək taleleri ilə bağlı kifayət qədər ciddi problemlər yaşaya biləcəklərini düşünürlər. Baş nazir Nikol Paşinyan da öz davranışları ilə növbəti parlament seçkilərinə öz şəxsi maraqları üzərindən yanaşmaq məcburiyyətində qaldığını gizlətməkdə çətinlik çəkir. Və bu baxımdan, erməni baş nazirin siyasi manevrləri hazırda daha çox Ermənistan cəmiyyətinin dəstəyini öz arxasına almaq hədəfinə indeksləşib.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Ermənistanın 44 günlük savaşda biabırçı məğlubiyyətinin hərbi-siyasi məsuliyyətini əsasən Rusiyanın üzərinə yükləməyə üstünlük verir. Ancaq Ermənistanın Rusiya kəşfiyyatına bağlı müxalif siyasi qüvvələri bu məsələdə yalnız Paşinyan hakimiyyətinin günahkar olduğunu ön plana keçirməyə çalışır. Və hazırda ictimai reytinqi çox aşağı düşmüş Paşinyan hakimiyyəti erməni toplumuna Ermənistanın əsas tarixi düşməni olaraq, təqdim olunur.

Təbii ki, belə situasiyada Paşinyan hakimiyyəti üçün növbəti parlament seçkilərində qələbə indi taleyüklü hədəfə çevrilmiş kimi görünür. Çünki bəzi ehtimallara görə, seçkilərdə məğlub olacağı təqdirdə, baş nazir Nikol Paşinyan başda olmaqla, Ermənistan hakimiyyətinin bir çox təmsilçisi “dəmir barmaqlıqlar” arxasına düşmək təhlükəsi ilə üzləşə bilər. Və bu baxımdan, Paşinyan hakimiyyəti üçün seçkilər indi yalnız siyasi deyil, həm də həyati hədəfə çevrilmiş kimi görünür.

Maraqlıdır ki, Bayden administrasiyasının ABŞ-da seçki məğlubiyyətindən sonra Ermənistanın bəzi müxalif siyasi qüvvələri Paşinyan hakimiyyətinin küncə sıxışdırılması üçün yaxşı fürsətin yarandığını düşünməyə başlayıblar. Müxalif siyasi düşərgə təmsilçiləri hətta Paşinyan hakimiyyətinin əsas beynəlxalq dəstəyini itirmək üzrə olduğuna əmindirlər. Ona görə də, Ermənistan cəmiyyətində absurd və ənənəvi erməni narrativlərini siyasi manipulyasiya vasitəsinə çevirməklə, Paşinyan hakimiyyətinə qarşı daha güclü ictimai etiraz dalğası yaratmağa cəhd göstərirlər.

Nə qədər qəribə də olsa, erməni müxalifəti Paşinyan hakimiyyətinin üzərinə siyasi hücumları yenə də məhz sülh prosesi və “Qarabağ mövzusu”dan yararlanmaqla, təşkil etməyə çalışır. Erməni müxalifətçilər Paşinyan hakimiyyətini yekun sülh müqaviləsində “erməni əsirləri”, sərhədlərin demarkasiyası, blokadanın götürülməsi, nəqliyyat yollarının açılması, Azərbaycan qoşunlarının Ermənistan “ərazilər”indən çıxarılması, “artsax”lıların geri qaytarılması barədə məsələləri daxil edə bilməməkdə suclayırlar. Onların fikrincə, bu məsələlər yekun sülh sazişində yer almırsa, deməli, imzalanacaq sənədin məzmunu müəmmalıdır. Və Paşinyan hakimiyyətindən yekun sülh sazişinin imzalanmasından öncə Ermənistanın təhlükəsizliyinə beynəlxalq təminatçının müəyyən olunmasını tələb edirlər.

Ermənistan cəmiyyətində ənənəvi olaraq, belə düşüncə tərzi hökm sürür ki, guya rəsmi İrəvanın imzaladığı bütün dövlətlərarası sənədlər yalnız rəsmi İrəvanın istədiyi məzmunu daşımalıdır. Ona görə də, israrla ənənəvi erməni narrativlərinin yekun sülh sazişi kimi önəmli dövlətlərarası sənədin əsasını təşkil etməsini istəyirlər. Halbuki, bütün bunlar məntiqsiz olmaqla yanaşı, qeyri-mümkündür. Və yekun sülh sazişinin mətninin hazırlanmasında erməni narrativlərindən fərqli olaraq, daha bəşəri, sivil, eləcə də beynəlxalq hüquq normalarına uyğun məsələlər ön planda tutulur.

Digər tərəfdən, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətində təhlükəli əhval-ruhiyyəni nəzərə almaq məcburiyyətində qalıb. Bu baxımdan, erməni baş nazir “Qarabağ mövzusu”nda məruz qaldığı ittihamları öz siyasi rəqiblərinə doğru yönəltməyin mümkün yollarını axtarmağa başlayıb. Belə ki, baş nazir Nikol Paşinyan özündən əvvəlki hakimiyyətlərin dövründə Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların məzmunu ilə tanış olduğunu bildirib. Və vurğulayıb ki, sülh danışıqları birmənalı şəkildə məhz Qarabağın Azərbaycana verilməsi ilə bağlı aparılıb.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan özündən əvvəl Ermənistana rəhbərlik etmiş şəxsləri Qarabağı Azərbaycana vermək niyyətində ittiham etməyə çalışır. Erməni baş nazir bununla keçmiş prezidentlərin rəhbərlik etdiyi Ermənistan müxalifətini cətin vəziyyətə sala və bütün ittihamları qarşı tərəfə doğru çevirə biləcəyinə ümid bəsləyir. Hətta buna nail olmaq üçün Ermənistanın keçmiş prezidentlərini telekanallarda ictimai debatlara belə, dəvət edir. Və əsas məqsəd bu yolla – keçmişə bağlı bəzi məqamları ictimailəşdirməklə, erməni müxalifətini Ermənistan cəmiyyətində xəyanətə hazır siyasi qüvvə vəziyyətinə salmağa çalışır.

Maraqlıdır ki, Ermənistanın keçmiş prezidentləri hələlik baş nazir Nikol Paşinyanın ictimai debat təkliflərindən israrla yayınmağa çalışırlar. Əslində, bu, erməni müxalifəti üçün olduqca yolverilməz davranışdır. Çünki onların ictimai debatlardan yayınması hansısa mərhələdə Ermənistan cəmiyyətinin siyasi mövqeyinə təsir göstərə bilər və bu halda, Paşinyan hakimiyyətinin seçki hədəfləri daha əlçatan xarakter daşıyar. Və bu baxımdan, Paşinyan hakimiyyətinin olduqca hiyləgər daxili siyasi kampaniya apardığını da düşünmək olar.

Hər halda, hazırda Paşinyan hakimiyyəti Ermənistanın keçmiş prezidentlərinin və erməni müxalifətinin üzərinə açıq hücuma keçib. Bu proses hətta Robert Köçəryan və Serj Sarkisyanın Azərbaycana təhvil verilməsinə qədər belə, inkişaf edə bilər. Çünki rəsmi İrəvan növbəti parlament seçkilərinə qədər erməni müxalifətini “dəfn etmək” niyyətinə düşmüş kimi görünür. Əks halda, Paşinyan hakimiyyətinin seçki məğlubiyyətindən yayına bilməsi o qədər də asan olmayacaq. Və bu halda, həm baş nazir Nikol Paşinyanın, həm də onun yaxın ətrafının həbs olunma təhlükəsi ön plana keçəcək.(Musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Dekabr 2024 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri