Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan öz xatirələrində Azərbaycan torpaql
Musavat.com xəbər verir ki, onun "Жизнь и свобода" adlı xatirə kitabında yazdıqlarından aydın olur ki, Ermənistan hökuməti Kəlbəcər işğal ed
Köçəryan bildirir ki, Ağdamın işğalı Kəlbəcəri “arxa plana keçirmək” üçün həyata keçirilib.
Onun sözlərinə görə, 1993-cü ilin iyul ayında Ağdama hücum planı Ermənistan hökumətindən gizlədilib və əməliyyat yalnız Qarabağdakı separatçı rəhbərlik tərəfindən təşkil olunub.Köçəryan fəaliyyəti dövründə baş verənləri, sözün əsl mənasında etiraf edir.
Bu etirafların səbəbi nədir? Yoxsa, Ermənistanın keçmiş hakimləri etirafçımı olacaq?
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gündəm həm Ermənistandakı separatçıların qalıqları, həm də Qarabağda həbs edilən və hazırda Azərbaycanda həbsdə olan terrorçu ünsürlərin bir-birinin bəhsinə yavaş-yavaş məsələləri açmasına səbəb olacaq.
Samir Hümbətov “Artıq Azərbaycandakı separatçı ünsürlərin nümayəndələri vəziyyəti izah etməyə başlayıblar. Məsələ açılır.
Robert Köçəryan da açıqlamaları artıq bir-birinə “pas” ötürmək kimi qəbul olunmalıdır.