Icma.az
close
up
RU
Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü qəhrəmanlaşdırma dönəmi başladı

Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü qəhrəmanlaşdırma dönəmi başladı

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan öz xatirələrində Azərbaycan torpaqlarının necə işğal edildiyini, beynəlxalq təzyiqləri azaltmaq üçün hansı hiylələrə əl atdıqlarını və işğalın məqsədli şəkildə genişləndirildiyini açıq şəkildə etiraf edib. Musavat.com xəbər verir ki, onun "Жизнь и свобода" adlı xatirə kitabında yazdıqlarından aydın olur ki, Ermənistan hökuməti Kəlbəcər işğal edildikdən sonra beynəlxalq təzyiqlə üzləşdiyi üçün diqqəti yayındırmaq məqsədilə Ağdamı da işğal etmək qərarına gəlib. Köçəryan bildirir ki, Ağdamın işğalı Kəlbəcəri “arxa plana keçirmək” üçün həyata keçirilib. Onun sözlərinə görə, 1993-cü ilin iyul ayında Ağdama hücum planı Ermənistan hökumətindən gizlədilib və əməliyyat yalnız Qarabağdakı separatçı rəhbərlik tərəfindən təşkil olunub.Köçəryan fəaliyyəti dövründə baş verənləri, sözün əsl mənasında etiraf edir. Bu etirafların səbəbi nədir? Yoxsa, Ermənistanın keçmiş hakimləri etirafçımı olacaq?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gündəm həm Ermənistandakı separatçıların qalıqları, həm də Qarabağda həbs edilən və hazırda Azərbaycanda həbsdə olan terrorçu ünsürlərin bir-birinin bəhsinə yavaş-yavaş məsələləri açmasına səbəb olacaq.

Samir Hümbətov

“Artıq Azərbaycandakı separatçı ünsürlərin nümayəndələri vəziyyəti izah etməyə başlayıblar. Məsələ açılır. Robert Köçəryan da açıqlamaları artıq bir-birinə “pas” ötürmək kimi qəbul olunmalıdır. Yəni “yalnız mən təqsirkar deyiləm, məndən başqa o birisi də təqsirkardır” kimi bir vəziyyət yaratmağa çalışırlar. Nikol Paşinyanın da etirafları var. Baş nazir bildirir ki, “bəli, filan prezidentin dövründə bu hadisə baş verib”. Sadalamaq bir kənara, artıq göstərir. Çünki Levon Terpetrasyanın dövründə olan hadisələrin videokadrların ortaya çıxarılması və sonrasında Robert Köçəryanla bağlı məsələlərin ortaya çıxarılması Robert Köçaryanı da fakt qarşısında qoyub. Artıq onlar təkcə beynəlxalq aləmə deyil, həm də Ermənistandakı cəmiyyətə göstərməyə çalışırlar ki, “hansımız erməni xalqı üçün daha çox qəhrəmanlıq etmişik”. Əslində bu gün Ermənistanda bunun yarışı gedir”-deyən Samir Hümbətov hesab edir ki, bu etiraflar kəsilmədən davam edəcək. Politoloqun fikrincə, Ermənistan siyasiləri hər şeyi etiraf etməsə belə, özləri öz məlumatlarını gec-tez ortaya qoyacaqlar.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Fevral 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri