Köçəryanın oğlu daha iki ay həbsdə qalacaq

23.10.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Ermənistan məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryanın həbs müddətini daha iki ay uzadıb.

“Bakupost” xəbər verir ki, bu barədə Ermənistan mediası vəkil Hakop Kureqyana istinadən məlumat yayıb.

Vəkil bildirib ki, məhkəmənin bu qərarı gözlənilən olub:

"Məhkəmə Köçəryanı iki ay müddətinə həbsdə saxlayıb. Məhkəmə sisteminə təzyiq göstərildiyi üçün bu mərhələdə başqa bir şey gözləmək çətin idi".

Sedrak Köçəryan atası Robert Köçəryanla birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması , rüşvət alma və rüşvət alınmasına kömək etməkdə ittiham olunur.

Qeyd edək ki, Robert Köçəryan avqustun 25-də saxlanılıb. Ona əmlakın qanunsuz əldə edilməsi ilə bağlı ittiham irəli sürülüb.

Lalə, BakuPost



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью