Köçəryanın oğlu daha iki ay həbsdə qalacaq
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Ermənistan məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryanın həbs müddətini daha iki ay uzadıb.
“Bakupost” xəbər verir ki, bu barədə Ermənistan mediası vəkil Hakop Kureqyana istinadən məlumat yayıb.
Vəkil bildirib ki, məhkəmənin bu qərarı gözlənilən olub:
"Məhkəmə Köçəryanı iki ay müddətinə həbsdə saxlayıb. Məhkəmə sisteminə təzyiq göstərildiyi üçün bu mərhələdə başqa bir şey gözləmək çətin idi".
Sedrak Köçəryan atası Robert Köçəryanla birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması , rüşvət alma və rüşvət alınmasına kömək etməkdə ittiham olunur.
Qeyd edək ki, Robert Köçəryan avqustun 25-də saxlanılıb. Ona əmlakın qanunsuz əldə edilməsi ilə bağlı ittiham irəli sürülüb.
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:Köçəryanın oğlu həbs olundu
26 Avqust 2026 08:33
Köçəryanın oğlu parlamentdə dava saldı
20 Avqust 2026 16:47
Köçəryanın oğlu naməlum istiqamətə aparıldı
25 Avqust 2026 17:11
Köçəryanın oğlu haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilib
26 Avqust 2026 05:31
Karapetyan daha iki ay həbsdə qalacaq
17 Noyabr 2025 18:50
Baxış sayı:90
Bu xəbər 23 Oktyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















