Kofe qanda şəkərin mənimsənilməsini ləngidir | Icma.az
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qovrulmuş qəhvə dənələrində orqanizmdə karbohidratların parçalanmasını tənzimləyən yeni birləşmələr aşkar edilib.
Bu maddələr effektivliyinə görə ikinci tip şəkərli diabetin müalicəsində geniş istifadə olunan bəzi dərmanlardan daha güclü təsir göstərib.
Son elmi araşdırmalar göstərir ki, qəhvənin faydası yalnız enerji verici təsiri və diqqəti artırmaq qabiliyyəti ilə məhdudlaşmır.
Daha əvvəl aparılmış tədqiqatlara əsasən, bu içki aritmiya riskini azalda, fiziki dözümlülüyü artıra və hətta bəzi xərçəng növlərindən qoruyucu təsir göstərə bilər.
Bununla yanaşı, qəhvənin həddindən artıq istehlakı müəyyən risklər də yarada bilər.
Yuxusuzluq, narahatlıq, əsəbilik, ürək döyüntüsünün sürətlənməsi və mədə-bağırsaq sistemində pozuntular bu risklər sırasındadır.
Həmçinin bəzi araşdırmalar qəhvənin beyində boz maddənin həcminin azalması ilə əlaqəli ola biləcəyini irəli sürür.
Tam oxu
Xəbəri oxu