Icma.az
close
up
RU
Kofe qanda şəkərin mənimsənilməsini ləngidir

Kofe qanda şəkərin mənimsənilməsini ləngidir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qovrulmuş qəhvə dənələrində orqanizmdə karbohidratların parçalanmasını tənzimləyən yeni birləşmələr aşkar edilib. Bu maddələr effektivliyinə görə ikinci tip şəkərli diabetin müalicəsində geniş istifadə olunan bəzi dərmanlardan daha güclü təsir göstərib.

Son elmi araşdırmalar göstərir ki, qəhvənin faydası yalnız enerji verici təsiri və diqqəti artırmaq qabiliyyəti ilə məhdudlaşmır. Daha əvvəl aparılmış tədqiqatlara əsasən, bu içki aritmiya riskini azalda, fiziki dözümlülüyü artıra və hətta bəzi xərçəng növlərindən qoruyucu təsir göstərə bilər.

Bununla yanaşı, qəhvənin həddindən artıq istehlakı müəyyən risklər də yarada bilər. Yuxusuzluq, narahatlıq, əsəbilik, ürək döyüntüsünün sürətlənməsi və mədə-bağırsaq sistemində pozuntular bu risklər sırasındadır. Həmçinin bəzi araşdırmalar qəhvənin beyində boz maddənin həcminin azalması ilə əlaqəli ola biləcəyini irəli sürür.

Çin Elmlər Akademiyasının Botanika İnstitutunun alimləri qovrulmuş qəhvə dənələrində (Coffea arabica) əvvəllər məlum olmayan birləşmələrin qanda şəkərin sorulmasını ləngitdiyini müəyyən ediblər. Tədqiqatın nəticələri Beverage Plant Research adlı elmi jurnalda dərc olunub.

Qeyd olunur ki, bu araşdırma 2025–2026-cı illərdə Çinin Kunminq Botanika İnstitutunda aparılıb. Tədqiqat zamanı qovrulmuş qəhvədə üç yeni birləşmə - caffaldehydes A, B və C aşkarlanıb. Bu maddələrin α-qlükozidaza fermentini bloklayaraq karbohidratların parçalanmasını yavaşlatdığı və laboratoriya sınaqlarında şəkərli diabetin müalicəsində istifadə olunan standart dərmanlardan biri olan akarbozadan daha yüksək effektivlik göstərdiyi müəyyən edilib. Bununla belə, alimlər qeyd edirlər ki, bu nəticələr hələlik yalnız laboratoriya şəraitində əldə olunub və canlı orqanizmlər üzərində əlavə tədqiqatlara ehtiyac var.

Hazırladı:

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri