Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 3 dekabr, AZƏRTACAzərbaycan Milli Kitabxanası tərəfindən noyabrın 25-dən dekabrın 3-dək Mədəniyyət Nazirliyinin tabeliyində olan 20 şəhər və rayonun Mərkəzləşdirilmiş Kitabxana Sistemində KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib.Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Gəncə, Samux, Lənkəran, Masallı, Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Şəmkir, Tovuz, Qusar, Siyəzən, Ucar, Zərdab, Saatlı, Sabirabad, Qəbələ, Oğuz, Şirvan və Salyanın Mərkəzləşdirilmiş Kitabxana sistemlərində Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə iş prosesinin həyata keçirilməsi üçün lazım olan mövcud avadanlıqların texniki göstəriciləri nəzərdən keçirilib.
Bundan əlavə, əməliyyatlar zamanı yaranan problemlər müzakirə edilib, onların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilib.
Ehtiyac olan kitabxanalarda əməkdaşlar sistemin modulları üzrə təkrar təlimatlandırılıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.