KOHA Avtomatlaşdırılmış Kitabxanaİdarəetmə Sisteminin tətbiqi təkmilləşdirilir AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Milli Kitabxanası tərəfindən noyabrın 25-dən dekabrın 3-dək Mədəniyyət Nazirliyinin tabeliyində olan 20 şəhər və rayonun Mərkəzləşdirilmiş Kitabxana Sistemində KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Gəncə, Samux, Lənkəran, Masallı, Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Şəmkir, Tovuz, Qusar, Siyəzən, Ucar, Zərdab, Saatlı, Sabirabad, Qəbələ, Oğuz, Şirvan və Salyanın Mərkəzləşdirilmiş Kitabxana sistemlərində Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə iş prosesinin həyata keçirilməsi üçün lazım olan mövcud avadanlıqların texniki göstəriciləri nəzərdən keçirilib. Bundan əlavə, əməliyyatlar zamanı yaranan problemlər müzakirə edilib, onların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilib. Ehtiyac olan kitabxanalarda əməkdaşlar sistemin modulları üzrə təkrar təlimatlandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 03 Dekabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















