Köhnə əşyalarımız haradadır?.. | Icma.az
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Köhnə dedikdə istifadə edib, geyinib köhnəltdiyimiz əşya və geyimləri demirəm.
Modası keçib dediyimiz, evlərimizdən, əyin-başımızdan uzaq saldığımız, evin bir küncünə, zirzəmilərə, dolabın arxa hissəsinə yığdığımız əşya və geyimlərdən söhbət açmaq istəyirəm.
Hansı ki, onların hər biri bizim dünənimiz, mədəni irsimizin nümunələri, bu gün övladımıza göstərə biləcəyimiz kimliyimizdir.
Haradadır köhnə əşyalarımız? Biz onları haraya gömmüşük? Bununla doğru hərəkət edirikmi? Onları evimizdən uzaqlaşdırmaqda haqlıyıqmı?
Həmin əşyaların harada olduğunu axtaraq bir neçə dəqiqəliyə. Götürək lap əvvəlki illəri.
Hamı yaxşı bilir ki, evlərimizdə necə gözəl xalça-palazlar, kilimlər toxunardı. Döşəkcələr, mütəkkələr hazırlanardı.
Mis, çini qablar vardı, heç vaxt xarab olmayan, sağlamlıq üçün böyük əhəmiyyətə malik idilər.
Tam oxu
Xəbəri oxu