Icma.az
close
up
RU
Köhnə əşyalarımız haradadır?..

Köhnə əşyalarımız haradadır?..

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Köhnə dedikdə istifadə edib, geyinib köhnəltdiyimiz əşya və geyimləri demirəm. Modası keçib dediyimiz, evlərimizdən, əyin-başımızdan uzaq saldığımız, evin bir küncünə, zirzəmilərə, dolabın arxa hissəsinə yığdığımız əşya və geyimlərdən söhbət açmaq istəyirəm. Hansı ki, onların hər biri bizim dünənimiz, mədəni irsimizin nümunələri, bu gün övladımıza göstərə biləcəyimiz kimliyimizdir.

Haradadır köhnə əşyalarımız? Biz onları haraya gömmüşük? Bununla doğru hərəkət edirikmi? Onları evimizdən uzaqlaşdırmaqda haqlıyıqmı?

Həmin əşyaların harada olduğunu axtaraq bir neçə dəqiqəliyə. Götürək lap əvvəlki illəri. Hamı yaxşı bilir ki, evlərimizdə necə gözəl xalça-palazlar, kilimlər toxunardı. Döşəkcələr, mütəkkələr hazırlanardı. Mis, çini qablar vardı, heç vaxt xarab olmayan, sağlamlıq üçün böyük əhəmiyyətə malik idilər.

Elə ki, illər ötdü, artıq həmin xalça-palazları evimizə yaraşdırmadıq. Onları büküb evin bir küncünə və ya zirzəmilərə yerləşdirdik, yerinə isə Türkiyədən və İrandan aldığımız xalçaları saldıq. Hələ 90-cı illərdən bir az əvvəl ermənilər kənd-kənd gəzib həmin xalça-palaz, kilimləri mebellə, geyim əşyaları, toyuq-cücə ilə də dəyişdirirdi. Bizim ev xanımları da gözlərinin nurunu verdikləri həmin xalçaları demək olar ki, müftəcə erməniyə verirdilər. Sonra da ermənilər nə etdi, həmin xalçaları öz adlarına çıxdı, naxış və ornamentləri özününküləşdirməyə başladı.

Sağlamlığımız üçün əvəzsiz qab-qacağı karton qutulara yığıb zərzəmilərə, kənd yerlərində dam örtüyünün altına daşıdıq, əvəzinə gözlərimizi rəngi, quruluşu ilə boyayan qablardan istifadə etməyə, bununla elə sağlamlığımızı qurban verməyə başladıq.

Eləcə də geyimlərimiz. Bəylərin bəyliyini, xanımların xanımlığını özündə ehtiva edən geyimləri, baş örtüklərini zaman-zaman bəyənmədik. Onları dolabların arxa hissəsinə keçirib, “müasir dəbli” paltarlar alıb önə yerləşdirdik. Köhnə əşyalara çevrilən paltarlarımıza indi yalnız muzeylərdə rast gəlmək mümkündür.

Hətta evimizin kitab rəflərini də artıq hesab etdik. Zaman-zaman onları təmir etdiyimiz evlərə qaytarmadıq. Evimizi yaraşıqsız göstərər, deyib, onları qutulara yığıb zirzəmilərə daşıdıq, rütubətə, həşəratlara qurban verdik.

Ümumdünya Antik Əşyalar Günü hər il martın 2-də qeyd olunur və məqsədi keçmişdən qalan əşyalara və onların dəyərinə diqqət yetirməkdir. Qədim əşyalar keçmiş xatirələrə, mədəni irsə və əvvəlki nəsillərin həyat tərzinə pəncərə açır. Bu xüsusi gün insanları köhnə əşyaları qiymətləndirməyə, onları qoruyub saxlamağa və təkrar istifadə etməyə təşviq edir.

Eyni zamanda, köhnə əşyalardan təkrar istifadə etməklə biz ətraf mühitə təsirimizi azalda və tullantıların miqdarını azalda bilərik. Bu xüsusi gün bizi köhnə əşyaların hekayələrini kəşf etməyə və keçmişlə əlaqə quraraq mədəni irsimiz və şəxsi xatirələrimizi qiymətləndirməyə səsləyir.

Mən tək xalça-palazlardan, qab-qacaqlardan, geyimlərdən söhbət açdım. Lakin unutmayaq ki, indi bəyənmədiyimiz kəmərlər, zinət əşyaları, ev aksesuarları, qılınc növləri bir vaxtlar evlərimizin və özümüzün bəzəyi, gözəl görünüşü olub. Onları tək muzeylərdə deyil, evlərimizdə də bir guşə yaradıb orada saxlamaq daha səmərəli olardı. Çünki bu gün evlərimizdə bunlar haqqında övladlarımızı məlumatlı edəcək vasitə yoxdur. Onlar bizim keçmişimizlə bağlı məlumatı yalnız muzeylər vasitəsilə ala bilirlər. Bu da təbii ki, bizim əşyalarımızın dəyərini bilməməyimiz səbəbindən belə olub.

Sual olunur, həmin əşyaları evlərdə saxlayardıqsa, övladlarımız daha çox məlumatlı olardı, yoxsa həyatlarında cəmi 1-2 dəfə muzeyə getməklə? Belə isə hər dövrün qədrini bilək. Bizim olanları qoruyaq, gələcək nəsillərə çatdıraq ki, onlar da tariximizin, mədəniyyətimizin daşıyıcısı ola bilsinlər.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see356

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see250

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see239

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see224

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see190

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see183

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see170

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see170

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see167

Makronun əsas rəqibinə kiberhücum X hesabı sındırıldı

22 İyul 2026 02:06see161

Nevroloqdan baş ağrısı ilə bağlı xəbərdarlıq Bu simptomlar varsa...

21 İyul 2026 22:38see158

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see157

Şəxsi məlumatlarla bağlı narahatlıq banklara etimadı sarsıda bilər

21 İyul 2026 12:30see156

Prezidentin Almaniya səfəri ilə bağlı Video

21 İyul 2026 20:13see155

Elektrik çəngəlini belə çıxaranlara xəbərdarlıq

21 İyul 2026 04:05see155

İsrailə təzyiq göstərəcəyik! Trampdan ŞOK BƏYANAT

22 İyul 2026 01:19see154

Finalın əsl qazananları onlar oldu Fotolar

22 İyul 2026 03:36see152

“LC Waikiki”, “Koton”, “Decathlon” və digər brendləri birləşdirən loyallıq sistemi indi ABB mobile da

21 İyul 2026 13:23see151

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see148

Azərbaycan mətbuatı 151 yaşında!

22 İyul 2026 00:48see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri