Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Rusiya artıq Qərblə təkcə Ukrayna uğrunda deyil, eyni zamanda Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinin davamı naminə müharibə apardığını dərk edir”.
Reyting.az xəbər verir ki, “Foreign Affairs” (FA) nəşrinin yazdığına görə, Kreml Ukraynaya dəstək, sanksiyaların tətbiqi və Rusiya müxalifət nümayəndələrinə Qərbdə sığınacaq verilməsi də daxil olmaqla bütün Qərb addımlarını öz hakimiyyətinə qarşı kompleks “meydan oxuma” kimi qiymətləndirir.
Nəşr vurğulayır ki, Rusiya sərhəd tanımayan bir müharibə aparır: “Ukrayna açıq cəbhədir, lakin məqsəd daha genişdir - bütün Avropanı və orada sığınacaq tapmış rus müxalif xadimləri də daxil olmaqla düşmənlər koalisiyasını zəiflətmək.
Nəticədə Moskva NATO sərhədləri daxilində həm insanlara, həm də infrastruktura qarşı təkrarlanan hücumlar həyata keçirir”.
Qeyd olunur ki, “kölgə müharibəsi”nin hər yeni mərhələsi eskalasiya riskini artırır.
Əgər Qərb Rusiya ilə tammiqyaslı müharibənin qarşısını almaq istəyirsə, daha effektiv və məqsədyönlü tədbirlər görməlidir.
Bu tədbirlərə NATO daxilində daha aydın məsləhətləşmə mexanizmləri, hücumların müəyyənləşdirilməsində müttəfiqlər arasında sıx əməkdaşlıq, Rusiya şəbəkələrini zəiflədən kəşfiyyat və kiber əməliyyatlar, sürətli iqtisadi-siyasi sanksiyalar, eləcə də kritik sistemlər təhdid edildikdə məhdud, lakin açıq hərbi addımlar daxildir.