Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

“Kölgə müharibəsi” NATO üçün ölümcül risk yaradır

“Kölgə müharibəsi” NATO üçün ölümcül risk yaradır

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Rusiya artıq Qərblə təkcə Ukrayna uğrunda deyil, eyni zamanda Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinin davamı naminə müharibə apardığını dərk edir”.

Reyting.az xəbər verir ki, “Foreign Affairs” (FA) nəşrinin yazdığına görə, Kreml Ukraynaya dəstək, sanksiyaların tətbiqi və Rusiya müxalifət nümayəndələrinə Qərbdə sığınacaq verilməsi də daxil olmaqla bütün Qərb addımlarını öz hakimiyyətinə qarşı kompleks “meydan oxuma” kimi qiymətləndirir.

Nəşr vurğulayır ki, Rusiya sərhəd tanımayan bir müharibə aparır:

“Ukrayna açıq cəbhədir, lakin məqsəd daha genişdir - bütün Avropanı və orada sığınacaq tapmış rus müxalif xadimləri də daxil olmaqla düşmənlər koalisiyasını zəiflətmək. Nəticədə Moskva NATO sərhədləri daxilində həm insanlara, həm də infrastruktura qarşı təkrarlanan hücumlar həyata keçirir”.

Qeyd olunur ki, “kölgə müharibəsi”nin hər yeni mərhələsi eskalasiya riskini artırır. Əgər Qərb Rusiya ilə tammiqyaslı müharibənin qarşısını almaq istəyirsə, daha effektiv və məqsədyönlü tədbirlər görməlidir. Bu tədbirlərə NATO daxilində daha aydın məsləhətləşmə mexanizmləri, hücumların müəyyənləşdirilməsində müttəfiqlər arasında sıx əməkdaşlıq, Rusiya şəbəkələrini zəiflədən kəşfiyyat və kiber əməliyyatlar, sürətli iqtisadi-siyasi sanksiyalar, eləcə də kritik sistemlər təhdid edildikdə məhdud, lakin açıq hərbi addımlar daxildir.

Məqalədə vurğulanır ki, Avropanın qeyri-müəyyən mövqeyinin öz səbəbləri var. Moskva Avropanın faktiki olaraq müharibədə olmadığını göstərməyə çalışaraq eskalasiyadan yayınmaq istəyir. Lakin bu yanaşma eyni zamanda Kremlin “qurban” narrativini gücləndirir və təcavüzü daha da alovlandırır.

Hər yeni sanksiya və ya ictimai qınaq Moskvanın daimi mühasirədə olduğu barədə təsəvvürünü möhkəmləndirir. Rusiya hakimiyyəti ölkənin müqavimət göstərməkdən başqa çıxış yolunun olmadığı fikrini sistemli şəkildə təbliğ edir. Bu isə ciddi təhlükə yaradır. Nəticədə Moskva səhv hesablamalara yol verə bilər: Rusiya dronlarının fəaliyyəti zamanı təsadüfən sərnişin təyyarəsi vurula, kiberhücumlar isə kritik səhiyyə və ya istilik sistemlərinin çökməsinə səbəb ola bilər. Belə olan halda yüzlərlə, hətta minlərlə insan Ukraynada deyil, NATO ölkələrindən birində həyatını itirə bilər.

Jurnalistlər xəbərdarlıq edirlər ki, açıq münaqişədən yayınmaq məqsədi daşıyan “kölgə müharibəsi” sonda məhz belə bir müharibəyə gətirib çıxara bilər. Onların fikrincə, “kölgə müharibəsi”nə qarşı Qərbin ənənəvi yanaşmaları artıq açıq şəkildə iflasa uğrayıb.

“Qərb siyasətçiləri acı reallığı qəbul etməlidirlər: hüquqi cavablar işə yaramır. Yalnız müdafiənin gücləndirilməsinə fokuslanmaq da kifayət deyil”, - deyə nəşr vurğulayır.

Məqalədə qeyd olunur ki, Avropanın Rusiya ilə qarşıdurmadakı uğuru kölgə hücumlarını nə qədər sərt pisləməsi və ya cəzalandırması ilə deyil, onları nə dərəcədə ardıcıl və effektiv şəkildə çəkindirə bilməsi ilə ölçüləcək.

“Əsas məqsəd Kremlə açıq mesaj verməkdir: istənilən “kölgə müharibəsi” aktı əvvəlki kimi formal töhmətlərlə deyil, ciddi və güclü cavabla qarşılanacaq. Kreml başa düşməlidir ki, təcavüzün qiyməti getdikcə daha ağır olacaq”, - deyə təhlildə bildirilir.

E. KAMAL


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Yanvar 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri