Kolumbiyada ildırım çaxması beş adamın həyatına son qoydu | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Kolumbiyada qadın futbol komandalarının oyunu zamanı bir neçə adamın həyatına son qoyan faciə baş verib.
Faciəyə həmin adamların altında gizləndiyi ağacı ildırım vurması səbəb olub.
Nəticədə beş adam həlak olub, bir neçəsi də müxtəlif dərəcəli xəsarət alıb.Faciəvi hadisə fevralın 9-da, günün ikinci yarısında ölkənin qərb departamentlərindən olan, Sakit okeanın sahilində yerləşən Kaukada baş verib.
Real kəndində qadınlar arasında futbol turnirinin final oyunu keçirilirmiş. Şahidlərin sözlərinə görə, oyun vaxtı güclü yağış başlayıb.
Tamaşaçıların bir qismi məhz ildırım vuran ağacın altında özünə daldanacaq tapıb: “Adamların əksəri tribunalara yollandı, başqaları isə küçədə qaldı, məhz bu vaxt ildırım qulaqbatırıcı səslə ağacı vurdu”.
Zərbə nəticəsində dörd adam dərhal dünyasını dəyişib, biri də sonradan xəstəxanada keçinib.
Daha ikisi ciddi xəsarətlə xəstəxanaya çatdırılıb – onları Kauka departamentinin mərkəzi olan Popayan şəhərindəki San-Xose klinikasına aparıblar.
Tam oxu
Xəbəri oxu