Icma.az
close
up
RU
Kolumbiyada ildırım çaxması beş adamın həyatına son qoydu

Kolumbiyada ildırım çaxması beş adamın həyatına son qoydu

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Kolumbiyada qadın futbol komandalarının oyunu zamanı bir neçə adamın həyatına son qoyan faciə baş verib. Faciəyə həmin adamların altında gizləndiyi ağacı ildırım vurması səbəb olub. Nəticədə beş adam həlak olub, bir neçəsi də müxtəlif dərəcəli xəsarət alıb.

Faciəvi hadisə fevralın 9-da, günün ikinci yarısında ölkənin qərb departamentlərindən olan, Sakit okeanın sahilində yerləşən Kaukada baş verib. Real kəndində qadınlar arasında futbol turnirinin final oyunu keçirilirmiş. Şahidlərin sözlərinə görə, oyun vaxtı güclü yağış başlayıb. Tamaşaçıların bir qismi məhz ildırım vuran ağacın altında özünə daldanacaq tapıb:

“Adamların əksəri tribunalara yollandı, başqaları isə küçədə qaldı, məhz bu vaxt ildırım qulaqbatırıcı səslə ağacı vurdu”.


Zərbə nəticəsində dörd adam dərhal dünyasını dəyişib, biri də sonradan xəstəxanada keçinib. Daha ikisi ciddi xəsarətlə xəstəxanaya çatdırılıb – onları Kauka departamentinin mərkəzi olan Popayan şəhərindəki San-Xose klinikasına aparıblar. Ölənlərdən dördü Pyedraq Neqras kəndində yaşayan futbolçulardı – Ceydi Daneysi, Daniela Yinet, Lus Eneyda, Etelvina Morales.
Rəsmi şəxslər və dövlət strukturları dərhal faciəyə reaksiya verib. Bələdiyyənin meri Diana Karolina Kabanilyas, təbii fəlakət risklərinin idarə olunması üzrə məsləhət bürosu və başqaları... Yerli administrasiyanın katibi Lesi Valensiya belə deyib:

“Hadisədən xəbər tutan kimi müvafiq prosedurlara başladıq. Adamlar ağacın yaxınlığında olarkən hadisə baş verib”.


Bu, Kauka departamentində ildırım vurması ilə bağlı ilk faciə deyil. 2023-ün aprelində də faciə beş adamın həyatına son qoymuş, daha 12 şəxs ciddi zədə almışdı – onların arasında uşaqlar da var idi. İldırım adamları şəhər küçələrində yaxalamışdı. Onlar ictimai idman tədbirində iştirak etmək üçün toplaşmışdılar.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Fevral 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri