Komandamız çox güclüdür Şamaxı nın yarımmüdafiəçisi

17.10.2026

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Şamaxı" Misli Premyer Liqasının XVIII turunda doğma meydanda "Şəfa"nı 3:2 hesabı ilə məğlub edib.

Bölgə təmsilçisinin qələbə qolunu vuran Rikardo Apolinario Sportal.az saytına açıqlama verib. Portuqaliyalı dayaq yarımmüdafiəçisi çətin oyun keçdiyini deyib:

"Çox çətin qarşılaşma oldu. İlk hissədə qol buraxdıq. Ehtiyat oyunçular skamyasında komanda yoldaşlarım və baş məşqçi ilə danışdıq. Məşqçimiz bildirdi ki, ruhdan düşmək olmaz, bu oyunu udmalıyıq. Belə də oldu. Bunu bacardığımız üçün çox şadam".

​Apolinario komandasının 2-ci hissədəki geridönüşünü dəyərləndirib. 27 yaşlı futbolçu komandalarının güclü olduğunu bildirib:

"Komanda ruhu və motivasiya öz sözünü dedi. Komandamız çox güclüdür. Demək olar ki, bütün futbolçular komandaya yeni qoşulub və hamısı keyfiyyətli oyunçulardır. 7 oyundur uduzmuruq. Məncə, yaxşı seriyadır. "Şamaxı" bu templə davam edəcək. Məşqçimizi və oyunçularımızı təbrik edirəm".

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью