Komandamız çox güclüdür Şamaxı nın yarımmüdafiəçisi
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Şamaxı" Misli Premyer Liqasının XVIII turunda doğma meydanda "Şəfa"nı 3:2 hesabı ilə məğlub edib.
Bölgə təmsilçisinin qələbə qolunu vuran Rikardo Apolinario Sportal.az saytına açıqlama verib. Portuqaliyalı dayaq yarımmüdafiəçisi çətin oyun keçdiyini deyib:
"Çox çətin qarşılaşma oldu. İlk hissədə qol buraxdıq. Ehtiyat oyunçular skamyasında komanda yoldaşlarım və baş məşqçi ilə danışdıq. Məşqçimiz bildirdi ki, ruhdan düşmək olmaz, bu oyunu udmalıyıq. Belə də oldu. Bunu bacardığımız üçün çox şadam".
Apolinario komandasının 2-ci hissədəki geridönüşünü dəyərləndirib. 27 yaşlı futbolçu komandalarının güclü olduğunu bildirib:
"Komanda ruhu və motivasiya öz sözünü dedi. Komandamız çox güclüdür. Demək olar ki, bütün futbolçular komandaya yeni qoşulub və hamısı keyfiyyətli oyunçulardır. 7 oyundur uduzmuruq. Məncə, yaxşı seriyadır. "Şamaxı" bu templə davam edəcək. Məşqçimizi və oyunçularımızı təbrik edirəm".
Elçin Əlixan
saytlarin hazirlanmasi
Baxış sayı:107
Bu xəbər 17 Oktyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















