“Komandaya yeni futbolçu cəlb edə bilərik” Qəbələ nin məşqçisi

12.09.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Komandaya yeni futbolçu cəlb edə bilərik” - "Qəbələ"nin məşqçisi

Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Qəbələ" səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.

QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin məşqçisi Amil Ağacanov matç haqda fikirlərini bildirib:

"Stadionda əla atmosfer var idi. Belə stadionlar və azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək. İlk hissədə daha yaxşı oynadıq, topa daha çox nəzarət etdik. İkinci hissədə isə top itkilərimiz artdı. Buna baxmayaraq komandanın oyunundan razı qaldıq. Rəqib qələbəni daha çox istəyirdi və buna görə də qalib gəldi. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Qələbə qazanmaq üçün bizə xarakter və istək çatmadı. Transfer pəncərəsi bağlanıb, amma hələ də komandaya yeni futbolçu cəlb edə bilərik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью