“Komandaya yeni futbolçu cəlb edə bilərik” Qəbələ nin məşqçisi
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Qəbələ" səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin məşqçisi Amil Ağacanov matç haqda fikirlərini bildirib:
"Stadionda əla atmosfer var idi. Belə stadionlar və azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək. İlk hissədə daha yaxşı oynadıq, topa daha çox nəzarət etdik. İkinci hissədə isə top itkilərimiz artdı. Buna baxmayaraq komandanın oyunundan razı qaldıq. Rəqib qələbəni daha çox istəyirdi və buna görə də qalib gəldi. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Qələbə qazanmaq üçün bizə xarakter və istək çatmadı. Transfer pəncərəsi bağlanıb, amma hələ də komandaya yeni futbolçu cəlb edə bilərik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 Sentyabr 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















