Komaya düşən Milli Qəhrəmanın SON DURUMU

26.10.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səhhətində problem yaranan Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin son durumu vəziyyəti açıqlanıb.  

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib. 

Bildirilib ki, 18.10.2026-cı il tarixində saat 13:40 radələrində Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilən 1972-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi hazırda Terapiya şöbəsində davam etdirilir. 

Xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları təyin edilən pasiyentin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, E.Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib. O, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır.

Günəş Mərd 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью