Komaya düşən Milli Qəhrəmanın SON DURUMU
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Səhhətində problem yaranan Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin son durumu vəziyyəti açıqlanıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib.
Bildirilib ki, 18.10.2026-cı il tarixində saat 13:40 radələrində Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilən 1972-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi hazırda Terapiya şöbəsində davam etdirilir.
Xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları təyin edilən pasiyentin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, E.Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib. O, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır.
Günəş Mərd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 26 Oktyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















