Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Diasporla İş üzrə Dövlət Komitəsində qeyd edilib Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki Azərbaycan icmalarının üzvləri Fəxri Xiyabanı ziyarət ediblər.
Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Diasporla İş üzrə Dövlət Komitəsində Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sədr Fuad Muradov çıxışında Ulu Öndərin müstəqil Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və möhkəmlənməsindəki yorulmaz fəaliyyətini xatırladıb.
Azərbaycan diasporunun formalaşması, vahid diaspor şəbəkəsinin yaradılması üçün hərtərəfli düşünülmüş, məqsədyönlü siyasətindən bəhs edib.
Prezident İlham Əliyevin tapşırıqları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə ardıcıl və davamlı işlərin görüldüyünü, müxtəlif ölkələrdə Azərbaycan evlərinin açıldığını diqqətə çatdırıb.
Tədbirdə Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “Böyük sənət hamisi” sənədli filmindən bir hissə və “Heydər Əliyev və diaspor quruculuğu” adlı videoçarx nümayiş olunub.