Icma.az
close
up
RU
Komitədə Heydər Əliyevin anadan olmasının 102 ci ildönümü qeyd edildi

Komitədə Heydər Əliyevin anadan olmasının 102 ci ildönümü qeyd edildi

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Diasporla İş üzrə Dövlət Komitəsində qeyd edilib

Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki Azərbaycan icmalarının üzvləri Fəxri Xiyabanı ziyarət ediblər.

Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Diasporla İş üzrə Dövlət Komitəsində Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sədr Fuad Muradov çıxışında Ulu Öndərin müstəqil Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və möhkəmlənməsindəki yorulmaz fəaliyyətini xatırladıb. Azərbaycan diasporunun formalaşması, vahid diaspor şəbəkəsinin yaradılması üçün hərtərəfli düşünülmüş, məqsədyönlü siyasətindən bəhs edib. Prezident İlham Əliyevin tapşırıqları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə ardıcıl və davamlı işlərin görüldüyünü, müxtəlif ölkələrdə Azərbaycan evlərinin açıldığını diqqətə çatdırıb.

Tədbirdə Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “Böyük sənət hamisi” sənədli filmindən bir hissə və “Heydər Əliyev və diaspor quruculuğu” adlı videoçarx nümayiş olunub. 

Xalq rəssamı Ömər Eldarovun tələbəsi, heykəltəraş, kinorejissor Namiq Hüseynov “Heydər Əliyev: milli-mənəvi dəyərlərin hamisi” mövzusunda çıxış edib. Ulu Öndərin yalnız siyasi lider deyil, həm də xalqın mədəniyyətini, ənənələrini və dəyərlərini qorumağa və inkişaf etdirməyə çalışan bir şəxsiyyət olduğunu diqqətə çatdırıb. Heykəltəraş dahi lider Heydər Əliyevin büstünü komitəyə hədiyyə edib. 

Daha sonra Komitənin gənc əməkdaşları, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Kömək” İctimai Birliyinin sədri Mariya Atanasova-Hüseynova və digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərini qeyd edib, əvəzolunmaz lider kimi yaddaşlarda əbədi yaşayacağını söyləyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri