Kompani Olisenin “Bavariya”dakı gələcəyi haqqında nə dedi?

06.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bavariya”nın baş məşqçisi Vensan Kompani komandanın hücumçusu Maykl Olisenin bu yay Münhen təmsilçisindən ayrıla biləcəyi ilə bağlı yayılan şayiələri təkzib edib.

Futbolpress.az xəbər verir ki, daha əvvəl mətbuatda Fransa milli komandasının 24 yaşlı üzvünün “Real Madrid”ə keçə biləcəyi barədə məlumatlar yer almışdı.

Tanınmış insayder Fabrisio Romanonun sosial şəbəkə hesabında paylaşdığı xəbərə görə, belçikalı mütəxəssis iddialara qısa cavab verib: ​”Bu mövzu mənim üçün heç vaxt gündəmdə olmayıb”.

2024-cü ildən Almaniya nəhənginin şərəfini qoruyan Olisenin klubla mövcud müqaviləsi 30 iyun 2029-cu ilə qədər nəzərdə tutulub.

Ötən mövsümdə Münhen təmsilçisinin heyətində 52 rəsmi matça çıxan fransalı vinger 22 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun transfer dəyərini 170 milyon avro qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью