Kompani Olisenin “Bavariya”dakı gələcəyi haqqında nə dedi?
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bavariya”nın baş məşqçisi Vensan Kompani komandanın hücumçusu Maykl Olisenin bu yay Münhen təmsilçisindən ayrıla biləcəyi ilə bağlı yayılan şayiələri təkzib edib.
Futbolpress.az xəbər verir ki, daha əvvəl mətbuatda Fransa milli komandasının 24 yaşlı üzvünün “Real Madrid”ə keçə biləcəyi barədə məlumatlar yer almışdı.
Tanınmış insayder Fabrisio Romanonun sosial şəbəkə hesabında paylaşdığı xəbərə görə, belçikalı mütəxəssis iddialara qısa cavab verib: ”Bu mövzu mənim üçün heç vaxt gündəmdə olmayıb”.
2024-cü ildən Almaniya nəhənginin şərəfini qoruyan Olisenin klubla mövcud müqaviləsi 30 iyun 2029-cu ilə qədər nəzərdə tutulub.
Ötən mövsümdə Münhen təmsilçisinin heyətində 52 rəsmi matça çıxan fransalı vinger 22 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun transfer dəyərini 170 milyon avro qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Avqust 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















