Kondisionerin orqanizmə olan ziyanını belə azaldın Mütəxəssis tövsiyə edir | Icma.az
Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Kondisionerlər mərkəzi və otaq tipli olmaqla iki yerə bölünür.
Otaq tipli kondisionerlər elə quraşdırılmalıdır ki, soyuq hava axını mənzildə yaşayanların birbaşa üzərinə vurmasın.
Soyuq hava axını nəticəsində mənzildə yaşayanların əzələləri, əzələlər arasında olan damar və sinirlər sıxılır.
Qan dövranı pozulduğu üçün yuxudan duranda özündə ağrılar hiss edir.
Əgər sıxılmalar bir az da dərinləşsə, soyuq ağciyərlərə də təsir etsə, qansız işemik zonalar əmələ gələ, pnevmoniyalar yarana bilər.
İki gün narahatlıqdan sonra pnevmoniya və boğaz ağrılarının yaranması təhlükəsi də ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva məlumat verib.
Onun dediyinə görə, insan orqanizmi normal halda 20 dərəcədən 22 dərəcəyədək özünü yaxşı edir: “Çalışmaq lazımdır ki, otaq həmin temperaturlarda olsun.
Tam oxu
Xəbəri oxu