Icma.az
close
up
RU
Kondisionerin orqanizmə olan ziyanını belə azaldın Mütəxəssis tövsiyə edir

Kondisionerin orqanizmə olan ziyanını belə azaldın Mütəxəssis tövsiyə edir

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kondisionerlər mərkəzi və otaq tipli olmaqla iki yerə bölünür. Otaq tipli kondisionerlər elə quraşdırılmalıdır ki, soyuq hava axını mənzildə yaşayanların birbaşa üzərinə vurmasın.

Soyuq hava axını nəticəsində mənzildə yaşayanların əzələləri, əzələlər arasında olan damar və sinirlər sıxılır. Qan dövranı pozulduğu üçün yuxudan duranda özündə ağrılar hiss edir. Əgər sıxılmalar bir az da dərinləşsə, soyuq ağciyərlərə də təsir etsə, qansız işemik zonalar əmələ gələ, pnevmoniyalar yarana bilər. İki gün narahatlıqdan sonra pnevmoniya və boğaz ağrılarının yaranması təhlükəsi də ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva məlumat verib.

Onun dediyinə görə, insan orqanizmi normal halda 20 dərəcədən 22 dərəcəyədək özünü yaxşı edir: “Çalışmaq lazımdır ki, otaq həmin temperaturlarda olsun. Kondisioneri söndürərək vaxtaşırı otağın havasını dəyişmək də lazımdır, çünki kondisioner təmiz hava vermir, otaqda olan havanı dövr etdirir. Oksigen isə əslində bayırdan gəlməlidir, ona görə pəncərəni açaraq havanı dəyişmək vacibdir. Uzun müddət, bəzən saatlarla işləyən kondisionerə fasilə verməmək oksigensiz mühit yaranmasına səbəb olur, bundan sonra otaqdakı hava baş ağrıları və ümumi halsızlıq yaranmasına səbəb olur.

Kondisionerin vurduğu sərin havanın təsirindən onurğasında problem olanlarda əzələlər sıxıldığı üçün kəskin ayaq, bel və kürək ağrıları ola bilər. Virus və bakteriyalar nəm mühitdə daha çox qalır və inkişaf edirlər. Havanı nəm saxladığına görə mikroblar kondisionerin filtrlərində daha çox qalır. Əvvəla, çalışmaq lazımdır ki, həmin filtrlər tez-tez təmizlənsin. Digər tərəfdən həmin mühitdə olan viruslar məhv olmadığı üçün dövr edərək otaqda olanları yoluxdura bilər”.

Yaxşı olar ki, uşaq olan otaqda kondisionerlər işlədilməsin. Dəhlizdə və yan otaqda işləyən kondisionerin verdiyi sərin havanın həmin otağa keçməsi kifayət edir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri