Konfet kişinin ağzında partladı, öldü

14.11.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib.

Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyyat təklif edib. Kişi şirniyyatı dişləyən kimi içərisində gizlədilmiş partlayıcı qurğu işə düşüb. Ağız nahiyəsindən ağır xəsarətlər alan şəxs yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Polis araşdırması zamanı müəyyən edilib ki, şirniyyatın içərisində çöl donuzlarının ovlanmasında istifadə olunan partlayıcı qurğu olub.

Hazırda hüquq-mühafizə orqanları həmin qurğunun şirniyyatın içinə necə yerləşdirildiyini və ölən şəxsin tanışının əlinə hansı şəraitdə keçdiyini araşdırır.

Hadisə kənd sakinləri arasında böyük təşvişə səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью