Konfet kişinin ağzında partladı, öldü
Icma.az, Lent az saytına istinadən bildirir.
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib.
Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyyat təklif edib. Kişi şirniyyatı dişləyən kimi içərisində gizlədilmiş partlayıcı qurğu işə düşüb. Ağız nahiyəsindən ağır xəsarətlər alan şəxs yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Polis araşdırması zamanı müəyyən edilib ki, şirniyyatın içərisində çöl donuzlarının ovlanmasında istifadə olunan partlayıcı qurğu olub.
Hazırda hüquq-mühafizə orqanları həmin qurğunun şirniyyatın içinə necə yerləşdirildiyini və ölən şəxsin tanışının əlinə hansı şəraitdə keçdiyini araşdırır.
Hadisə kənd sakinləri arasında böyük təşvişə səbəb olub.
Baxış sayı:57
Bu xəbər 14 Noyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















