Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 6 sentyabr, Gözəl Ağayeva, AZƏRTAC Dünyaşöhrətli alim Lütfi Zadənin tədqiqatları təkcə riyaziyyat və texnologiya sahələrini deyil, insan düşüncəsini də yeni istiqamətə yönəldib.
Onun elmi kəşfləri çoxsaylı tətbiq sahələrini tapıb, adı isə Azərbaycanın fəxrinə çevrilib.
Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti, UNEC-in Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru Şahnaz Şahbazova dünyaşöhrətli alimlə bağlı xatirələrini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
Müsahibəni təqdim edirik. -Şahnaz xanım, siz vaxtilə Berklidə professor Lütfi Zadənin laboratoriyasında tədqiqat aparmısınız.
Lütfi Zadə gənc alimlərə necə yanaşırdı? Onlara hansı məsləhətləri verirdi?
-Əvvəla onu deyim ki, mən hazırda da Lütfi Zadənin BISC (Berkeley Initiative in Soft Computing) laboratoriyasının moderatoruyam.
Çalışıram ki, o laboratoriya işləsin. Həmin laboratoriyanın mindən çox üzvü var. Biz bir-birimizlə əlaqə saxlayır, uğurlarımızı bölüşürük.