Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Abşeron rayonunda 1988-ci il təvəllüdlü Elsevər ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Qobu qəsəbəsi, Kərpic zavod ərazisində yerləşən nömrəsiz fərdi evdə baş verib. Elsevər qeyri-rəsmi nikah münasibətində yaşadığı Könül ilə aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı ona bir neçə bıçaq zərbəsi vurub.
Hadisəni törədən Elsevərin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Elsevər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Könül ilə 2015-ci ildə tanış olub: “Bundan sonra münasibətlərimiz yarandı və 10 ildən artıq müddətdir ki, birlikdə yaşamışıq. Könül məndən ayrılmaq istədi. Lakin onun bu qərarını qəbul etmədim. Hadisə günü maşınımın təkəri boşaldı. Onu düzəltmək üçün həyətdə olmuşam. Könül həmin gün işdən gələrək uşağın otağında uzandı, qapını bağladı. Məndən küsülü olduğum üçün qapını açmaq istəmədi. Qapını açmaq üçün bıçaq götürməyə mətbəxə getdim və onun könlünü almaq istəmişdim. Qapını açandan sonra isə dəqiq xatırlamasam da, əlindəki bıçağı ya yerə atdım, ya da pəncərənin kənarına qoydum. Könülə tərəf gedib onunla barışmaq istəyəndə əlində olan telefonu yerə atdı. Mənə qarşı özü də bilmədən nalayiq sözlər işlətməyə başladı. Həmin vaxtı özümdə olmamışam. Hadisənin necə baş verdiyini bilməmişəm. Hadisə baş verdikdən sonra isə iş üzrə şahidlə bərabər Könülü xəstəxanaya apardıq”.
Təqsirləndirilən şəxs ifadəsində Könüllə əvvəllər aralarında belə mübahisələri olmadığını, rəsmi nikahından 5 və 14 yaşlı 2 uşağının olduğunu bildirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsevər 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Qərara görə, şikayət qismən təmin edilib və onun cəzası 3 ilə endirilib.
Fariz Məlikli
Demorkat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Qobu qəsəbəsi, Kərpic zavod ərazisində yerləşən nömrəsiz fərdi evdə baş verib. Elsevər qeyri-rəsmi nikah münasibətində yaşadığı Könül ilə aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı ona bir neçə bıçaq zərbəsi vurub.