Icma.az
close
up
RU
Könlünü almaq istədiyi sevgilisini bıçaqladı Azərbaycanda kuryoz hadisə

Könlünü almaq istədiyi sevgilisini bıçaqladı Azərbaycanda kuryoz hadisə

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonunda 1988-ci il təvəllüdlü Elsevər ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Qobu qəsəbəsi, Kərpic zavod ərazisində yerləşən nömrəsiz fərdi evdə baş verib. Elsevər qeyri-rəsmi nikah münasibətində yaşadığı Könül ilə aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı ona bir neçə bıçaq zərbəsi vurub. 
Hadisəni törədən Elsevərin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Elsevər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Könül ilə 2015-ci ildə tanış olub: “Bundan sonra münasibətlərimiz yarandı və 10 ildən artıq müddətdir ki, birlikdə yaşamışıq. Könül məndən ayrılmaq istədi. Lakin onun bu qərarını qəbul etmədim. Hadisə günü maşınımın təkəri boşaldı. Onu düzəltmək üçün həyətdə olmuşam. Könül həmin gün işdən gələrək uşağın otağında uzandı, qapını bağladı. Məndən küsülü olduğum üçün qapını açmaq istəmədi. Qapını açmaq üçün bıçaq götürməyə mətbəxə getdim və onun könlünü almaq istəmişdim. Qapını açandan sonra isə dəqiq xatırlamasam da, əlindəki bıçağı ya yerə atdım, ya da pəncərənin kənarına qoydum. Könülə tərəf gedib onunla barışmaq istəyəndə əlində olan telefonu yerə atdı. Mənə qarşı özü də bilmədən nalayiq sözlər işlətməyə başladı. Həmin vaxtı özümdə olmamışam. Hadisənin necə baş verdiyini bilməmişəm. Hadisə baş verdikdən sonra isə iş üzrə şahidlə bərabər Könülü xəstəxanaya apardıq”.
Təqsirləndirilən şəxs ifadəsində Könüllə əvvəllər aralarında belə mübahisələri olmadığını, rəsmi nikahından 5 və 14 yaşlı 2 uşağının olduğunu bildirib. 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsevər 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən  narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. 
Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Qərara görə, şikayət qismən təmin edilib və onun cəzası 3 ilə endirilib. 
Fariz Məlikli
Demorkat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Fevral 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri