Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 5 sentyabr, AZƏRTAC Konqo Demokratik Respublikasının hakimiyyət orqanları Kasai əyalətində Ebola virusu xəstəliyinin yayıldığını elan edib.
Sentyabrın 4-nə olan məlumata görə, 28 yoluxma və 15 ölüm faktı qeydə alınıb, o cümlədən, 4 tibb işçisi xəstəlikdən dünyasını dəyişib.AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, paytaxt Kinşasadakı Milli Biotibbi Tədqiqatlar İnstitutunda aparılan nümunələrin sınaqları epidemiyanın Ebola virusunun Zair ştammı tərəfindən törədildiyini təsdiqləyib.
Simptomlara qızdırma, qusma, ishal və qanaxma daxildir.Səlahiyyətlilər əyalətə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiologiya, infeksiyaların qarşısının alınması və nəzarəti, həmçinin laboratoriya diaqnostikası və müalicə sahəsində mütəxəssislərinin qoşulduğu sürətli reaksiya qrupu göndərib.
Əhali ilə işləmək üçün bölgələrə də mütəxəssislər ezam olunub.ÜST, həmçinin Kasaiyə fərdi qoruyucu vasitələr, mobil laboratoriya avadanlıqları və tibbi ləvazimatlar çatdırır.
Əraziyə giriş çətindir: əyalətin paytaxtı Tşikapadan oraya çatmaq üçün ən azı bir gün lazımdır, hava nəqliyyatı da məhduddur.ÜST-nin Afrika üzrə regional direktoru Muhammed Canabi bildirib: “Biz virusun yayılmasını mümkün qədər tez dayandırmaq və icmaları qorumaq üçün qətiyyətlə hərəkət edirik.
Ölkənin viral epidemiyaların idarə edilməsində çoxillik təcrübəsindən istifadə edir və yerli səhiyyə orqanları ilə sıx işləyirik”.
Yoluxma davam etdikcə, xəstəliklərin sayının artacağı gözlənilir.